Hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin iş və xidmətlərdən əldə etdikləri müəyyən gəlirlər üzrə ödənişlərdən 10 faiz vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu dərəcə 125.1.1-125.1.4-cü, 125.1.6-125.1.8-ci və 125.1-1-ci maddələrdə göstərilən gəlirlər istisna olmaqla tətbiq edilir.
10 faizlik vergi Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödənişlərə də şamil olunur.
Vergi qeyri-rezidentə ödəniş həyata keçirilərkən ödəmə mənbəyində tutulur.
