Cəmiyyətin fəaliyyəti zamanı əldə etdiyi aktivlərin təsisçiyə təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar verilməsi dividend ödənişinə bərabər tutulacaq.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda pul vəsaitlərinin təsisçiyə verilməsinə də aiddir, lakin təsisçiyə borc verilməsi və alınmış borcun qaytarılması istisna təşkil edir.
Təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi də dividend ödənişinə bərabər hesab edilir.
Belə hallarda ödəniş mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.