Həyat və pensiya sığortası müqaviləsinə vaxtından əvvəl xitam verilməsi zamanı xüsusi vergi qaydası tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu halda əvvəl ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.
Müddəa Vergi Məcəlləsinin müvafiq tələblərinə əsasən gəlirdən çıxılmış sığorta haqlarına aiddir.
Beləliklə, müqaviləyə vaxtından əvvəl xitam verilməsi sığorta haqları üzrə vergi öhdəliyinin yaranmasına səbəb olur.
