Ödəyiciyə və vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçıları ödəniş sərəncamı üzrə məlumatları tam ötürməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Bu tələb ödəniş sərəncamının icrasına cəlb olunan digər ödəniş xidməti təchizatçılarına da aiddir. Məlumatların ötürülməsi ödəniş sərəncamının icrası zamanı həyata keçirilməlidir. Təchizatçılar sərəncam üzrə məlumatların tamlığını təmin etməlidirlər. Qayda ödəniş əməliyyatlarında məlumatların itirilməsinin qarşısının alınmasına xidmət edir.
