Hesab üzrə məlumat xidməti təchizatçısı ilə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı arasında müqavilə olmasa belə müəyyən tələblər qüvvədə qalır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu halda da məlumatların təhlükəsiz ötürülməsi təmin edilməlidir.
Təchizatçı istifadəçinin razılığı olmadan xidmət göstərə bilməz.
Fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının qorunması və yalnız sorğu edilmiş məlumatlara çıxış tələbi də saxlanılır.
Beləliklə, qanun məlumat xidməti göstərən tərəflərin öhdəliklərini müqavilənin mövcudluğundan asılı etmir.
