ABŞ Prezidenti Donald Trampın Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Con Koul Rusiyada siyasi məhbusların azad edilməsi müqabilində Moskvaya qarşı bəzi sanksiyaların yumşaldılmasını təklif edib.

Heftelik.az “The Atlantic”-ə istinadən xəbər verir ki, Donald  Tramp bu təşəbbüsü dəstəkləyib.

Bildirilir ki, məqsədlər arasında Rusiya ilə iqtisadi əlaqələrin bərpası və Moskva ilə neft, dizel yanacağı və nadir torpaq mineralları üzrə mümkün biznes razılaşmaları da yer alır.

Nəşr qeyd edir ki, Koul oxşar yanaşmanı Belarusda tətbiq edib və xeyli sayda məhbusun azad edilməsindən sonra ABŞ Belarus hakimiyyətinə qarşı bəzi sanksiyaları yumşaldıb.