Tel-Əvivə uçan “Flydubai” aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

Heftelik.az “The Jerusalem Post”-a istinadən xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib, qaçırılma kodu aktivləşdirilib.

“Flydubai” aviaşirkətinin təyyarəsinin pilotlarından biri rusiyalı, digəri isə ukraynalı olub.

İsrail Baş nazirinin sözçüsü də təyyarənin qaçırılmadığı bildirib.

 

 

***

saat 11.04

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

Heftelik.az Ynet-ə istinadən xəbər verir ki,  təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib. Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.