Azərbaycanda ailə institutu sıradan çıxa bilər.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat ayrıca Təhsil Məcəlləsi qəbul olunmasını təklif edib: “Milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi baza yaradılsın: “Həmçinin ailə dəyərləri də qorunmalıdır, əlavə qanunlar qəbul olunmalıdır. Proseslər belə davam etsə, Azərbaycanda ailə institutu sıradan çıxa bilər”.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycanda ailə dəyərlərinin belə qısa zamanda sıradan çıxması ilə bağlı pessimist yanaşmanı qəbul etmir.
