Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə İqriq kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Dövlət Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılıb.

O xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.