Bərdə rayonunda qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.

C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.