Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində baş verib.

Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.

O, hadisə nəticəsində həyatını itirib.