Ödəyiciyə xidmət göstərən təchizatçı səhv və ya icra edilməmiş ödəniş əməliyyatlarının icrasını izləməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Bu xidmət ödəyicinin tələbi əsasında göstərilməli və bunun üçün xidmət haqqı tələb edilməməlidir. Təchizatçı araşdırmanın nəticələri barədə ödəyicini məlumatlandırmalıdır. Vəsait alana xidmət göstərən təchizatçı qanunla qadağan olunmayan məlumatları təqdim etməlidir. Bununla səhv və ya icra edilməmiş ödənişlərin araşdırılması üçün mexanizm yaradılır.