Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı müəyyən edilmiş andan geri götürülməz hesab edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Sərəncamın geri götürülməz hesab edildiyi an ödəniş sisteminə dair qaydalarla müəyyənləşdirilir. İstifadəçi ödəniş sərəncamının icrası üçün müəyyən günü təchizatçı ilə əvvəlcədən razılaşdıra bilər. Bu halda sərəncam razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürülə bilər. Müddətin müəyyənləşdirilməsi ödəniş əməliyyatlarının icrası baxımından əsas şərtlərdən biridir.