Ödəniş xidməti istifadəçisi avtorizə edilməmiş və ya səhv icra olunmuş əməliyyatı müəyyən etdikdə təchizatçıya dərhal məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bildiriş ödəniş əməliyyatının icrasından sonra 6 ay müddətindən gec olmayaraq təqdim edilməlidir.
Bu müddət təchizatçı istifadəçini əməliyyatın icrası barədə qanunda nəzərdə tutulan qaydada məlumatlandırdıqda tətbiq edilir.
Əgər belə məlumatlandırma həyata keçirilməyibsə, 6 aylıq müddət istifadəçiyə şamil olunmur.
Bu qayda istifadəçinin şübhəli və səhv əməliyyatlarla bağlı hüquqlarını qorumağa xidmət edir.