Ödəyici ödəniş sərəncamı verdikdə, ödəniş əməliyyatı avtorizə edilmiş hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Ödəniş sərəncamından qanunun müəyyən etdiyi vaxta qədər istənilən zaman imtina etmək mümkündür.
Dövri ödənişlər üzrə sərəncamdan imtina edildikdə ödəyicinin seçimindən asılı olaraq yalnız vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödənişlər avtorizə edilməmiş hesab edilir.
Bu halda müvafiq ödəniş əməliyyatları icra olunmur.
Ödəniş sərəncamının verilməsi və ondan imtina proseduru isə müqavilə və ya işgüzar dövriyyə adətləri ilə müəyyən edilə bilər.