Ödəniş xidməti təchizatçısı sərəncamı icra etdikdən sonra dərhal istifadəçiyə müəyyən məlumatları təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçının adı və VÖEN-i, həmçinin ödəniş əməliyyatını eyniləşdirən istinad nömrəsi bildirilməlidir.
Ödəniş əməliyyatının icra olunduğu valyutada məbləği də istifadəçiyə təqdim edilməlidir.
Bununla yanaşı, əməliyyat üzrə ödənilən xidmət haqlarının məbləği və tətbiq edildikdə valyuta mübadiləsi məzənnəsi açıqlanmalıdır.
Ödəniş sərəncamının icra olunduğu tarix də təqdim edilən məlumatlar arasında olmalıdır.