Ödəniş xidməti təchizatçısı ilə istifadəçi arasında məlumatların və müraciətlərin ötürülməsi üçün əlaqə vasitələri razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Əlaqə vasitələrinə telefon və elektron poçt ünvanı kimi kanallar daxil ola bilər.
Tətbiq edildikdə istifadəçinin avadanlıqlarına münasibətdə texniki tələblər də müəyyənləşdirilməlidir.
İstifadəçiyə qanunda nəzərdə tutulan məlumatların təqdim edilmə müddəti və dövriliyi barədə də məlumat verilməlidir.
Bu qaydalar tərəflər arasında məlumat mübadiləsinin aydın və şəffaf şəkildə aparılmasına xidmət edir.
