Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və lisenziya almış özəl tibb müəssisələrində həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Özəl tibb müəssisələrində onkoloji yardım lisenziyanın əlavəsinə uyğun olaraq göstərilməlidir.
Onkoloji xəstələrə tibbi yardım göstərən həkim-onkoloqların və tibbi heyətin fəaliyyəti peşə etikası əsasında qurulur.
Bu fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
