Ağır, zərərli və təhlükəli istehsalatlarda çalışan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların ilkin tibbi müayinədən keçirilməsi tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Həmin işçilər sonralar vaxtaşırı icbari tibbi müayinələrdən də keçirilməlidirlər.
Profilaktik tədbirlər xərçəngönü xəstəlikləri və xərçəngin erkən formaları olan şəxslərin aşkar edilməsini də əhatə edir.
Belə şəxslərin qeydiyyata götürülməsi və müalicə məqsədilə dispanserizasiyasının aparılması nəzərdə tutulur.
