Onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri profilaktika, diaqnostika, müalicə və reabilitasiyanı nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir.
Qanunla onkoloji xəstəliklərin qarşısının alınması və xəstələrin müalicəsi kompleks tədbirlər sistemi əsasında həyata keçirilir.