İstiqraz üzrə ödənilən diskont və faiz gəlirlərindən vergi istiqraz sahibinin həmin qiymətli kağıza sahib olduğu müddət nəzərə alınmaqla hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəmə mənbəyində istiqraz mülkiyyətçisinin istiqraza malik olduğu günlərin sayına mütənasib şəkildə hesablanır.
Bu qayda istiqraz üzrə həm diskont, həm də faiz gəlirlərinə tətbiq olunur.
Beləliklə, vergitutma zamanı investorun istiqraza sahib olduğu müddət əsas meyarlardan biri kimi nəzərə alınır.