Bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə olunan qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktivlərə aid edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə aktivlərə çəkilən xərclər müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Bu qayda hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətində istifadə etdiyi qeyri-maddi obyektlərə tətbiq olunur.
Əgər aktivlərin alınması və ya istehsalına çəkilən xərclər əvvəlcədən gəlirdən çıxılıbsa, həmin xərclər amortizasiya olunan aktivin dəyərinə daxil edilmir.