Zərurət yarandıqda diplomatik nümayəndəliklərin ştat sayında və əməkdaşların vəzifə adlarında dəyişiklik edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Dəyişikliklər diplomatik nümayəndəliklərin mövcud ştat sayı və ümumi əməkhaqqı fondu çərçivəsində aparılmalıdır.
Bu səlahiyyət Xarici İşlər Nazirliyinə verilir.
Dəyişiklik edildikdə ştat cədvəlləri yenidən təsdiq olunmalıdır.
Təsdiq edilmiş yeni ştat cədvəlləri Maliyyə Nazirliyinə təqdim edilir.
Qayda il ərzində yaranan kadr və təşkilati ehtiyacların mövcud maliyyə imkanları çərçivəsində qarşılanmasına imkan verir.
Beləliklə, diplomatik nümayəndəliklərin ştat strukturu zərurətdən asılı olaraq yenilənə bilər.
