Əvvəllər gəlirdən çıxılmış xərc, zərər və ya şübhəli borc sonradan ödənilərsə, əldə edilən məbləğ ödənişin həyata keçirildiyi vaxt gəlir hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda əvvəlki dövrdə gəlirdən çıxılmış və sonradan vergi ödəyicisinə qaytarılmış məbləğlərə tətbiq olunur.
Belə məbləğlərin əldə edilməsi zamanı onlar yenidən vergi uçotunda gəlir kimi nəzərə alınır.
Məqsəd əvvəlki dövrdə xərc kimi tanınmış və sonradan geri qayıtmış vəsaitlərin uçotda düzgün əks etdirilməsidir.