Faiz gəliri və ya əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ ödəniş müddətinin başa çatdığı vaxt yaranmış hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödəniş müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə gəlir həmin dövrlər üzrə bölüşdürülür.
Bölüşdürmə gəlirin hesablanması qaydasına uyğun şəkildə həyata keçirilir.
Bu yanaşma uzunmüddətli faiz və icarə gəlirlərinin aid olduğu hesabat dövrlərində tanınmasını təmin edir.