Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən əldə etdiyi gəlir və çıxılan xərclər müəyyən edilmiş qaydada hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Gəlirlər vergi ili ərzində yerinə yetirilmiş işlər və mərhələlər üzrə təqdim edilən sahələrin ƏDV-siz məbləğləri əsasında müəyyən edilir.
Tikinti ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınmasına çəkilən xərclər gəlirdən çıxılan xərclərin müəyyənləşdirilməsində nəzərə alınır.
Uzunmüddətli müqavilələr üzrə gəlir və xərclərin hesabat illərinə aid edilən hissəsi faktiki xərclərin ümumi qiymətləndirilən xərclərə nisbəti əsasında hesablanır.