Qanunda ayrıca qayda müəyyən edilmədikdə digər normativ hüquqi aktlarda “bank hesabı” və “hesab”la bağlı nəzərdə tutulan tələblər ödəniş hesablarına da tətbiq ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu qayda həmin tələblərin yalnız bank tərəfindən açılan hesaba aid olduğu açıq şəkildə müəyyənləşdirilən hallara şamil edilməyəcək.
Digər hallarda müvafiq müddəalar banklarla yanaşı digər ödəniş xidməti təchizatçılarına da aid olacaq.
Beləliklə, ödəniş hesablarının hüquqi rejimi müəyyən dərəcədə bank hesablarının rejimi ilə uyğunlaşdırılır.
Bu, ödəniş xidmətləri bazarında vahid hüquqi yanaşmanın formalaşdırılmasına xidmət edir.
