Ödəniş agentlərinin cəlb edilməsi və onların fəaliyyətinə dair tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Agentlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi isə ödəniş xidməti təchizatçılarının daxili qaydaları ilə müəyyən olunur.
Ödəniş agenti təchizatçı tərəfindən tətbiq edilən xidmət haqlarından əlavə istifadəçidən başqa xidmət haqqı tələb edə bilməz.
Agentin hər hansı formada əlavə ödəniş tələb etməsi də qadağandır.
Bu qayda ödəniş xidmətlərindən istifadə edən şəxslərin agentlər tərəfindən əlavə və əsassız ödənişlərlə üzləşməsinin qarşısını almağa yönəlib.