Təchizatçı avtorizə edilməmiş əməliyyat barədə bildiriş aldıqdan sonra müəyyən sübutları təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı həmin sübutları 5 iş günündən gec olmayaraq təqdim etməlidir.
Ölkə xaricində ödəniş alətləri ilə aparılan əməliyyatlar üzrə isə müddət müvafiq ödəniş sisteminin qaydaları ilə müəyyən edilir.
Sübutlar vaxtında təqdim edilmədikdə əməliyyatın məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq qaytarılmalıdır.
Geri ödəniş zamanı əməliyyatın icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları da qaytarılmalıdır.
