Ödəniş hesabı məsafədən idarə edildikdə istifadəçi ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətindən istifadə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu halda hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı vasitəçi ilə yalnız təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə yaratmalıdır.
Vasitəçidən ödəniş sərəncamı qəbul edildikdən sonra əməliyyatın başlanması ilə bağlı bütün məlumatlar dərhal vasitəçiyə təqdim edilməlidir.
Təchizatçı vasitəçi tərəfindən ötürülən ödəniş sərəncamlarını ayrı-seçkilik olmadan icra etməlidir.
Bu zaman birbaşa ötürülən sərəncamlara üstünlük verilməsi və ya xidmət haqqı baxımından fərq yaradılması yolverilməzdir.
