Ödəniş xidməti istifadəçisinin tələbi ilə hesab üzrə aparılan ödəniş əməliyyatları barədə məlumat təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı bu məlumatları təqvim ayı müddətində azı bir dəfə təqdim etməlidir.
Məlumatlar kağız və ya digər davamlı daşıyıcıda istifadəçiyə verilməlidir.
Bu xidmət üçün istifadəçidən ödəniş tələb edilə bilməz.
Təqdim edilən məlumatlar ödəniş əməliyyatının icrasından sonra verilməli olan məlumatları əhatə etməlidir.