İstifadəçi ödəniş alətinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirməli olduğu tədbirlər barədə məlumatlandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
İstifadəçinin müəyyən hallarda ödəniş xidməti təchizatçısını məlumatlandırması qaydası da əvvəlcədən bildirilməlidir.
Təchizatçının ödəniş alətini bloklaşdırmaq hüququnun hansı şərtlər əsasında yarandığı açıqlanmalıdır.
İstifadəçiyə avtorizə edilməmiş və ya səhv icra edilmiş əməliyyatlar barədə təchizatçını məlumatlandırma qaydası izah edilməlidir.
Təchizatçının avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə öhdəlikləri də istifadəçiyə bildirilməlidir.