Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu müəyyən edilmiş qaydada həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Qeydiyyat və uçotun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu tələb dövlət və özəl tibb müəssisələrinə şamil olunur.
Uçot sisteminin tətbiqi onkoloji xəstələr barədə məlumatların sistemli şəkildə toplanmasına imkan yaradır.
