Onkoloji xəstəliklərin profilaktikası bədxassəli şiş əmələ gətirən amillərin orqanizmə təsirinin aradan qaldırılmasına və ya əhəmiyyətli dərəcədə azaldılmasına yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Bu məqsədlə orqanizmin müqavimətinin artırılmasına yönəlmiş sosial-gigiyenik tədbirlər həyata keçirilir.
Əhali arasında sanitar-maarifləndirmə işlərinin aparılması da profilaktika tədbirlərinə daxildir.
Qanun onkoloji xəstəliklərin qarşısının alınmasında həm tibbi, həm də sosial tədbirlərin görülməsini nəzərdə tutur.
