Zaqatala rayonunda 4.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Heftelik.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 14:51-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə olub. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
