Diplomatik xidmət əməkdaşları ilə birlikdə yaşayan ailə üzvlərinin də dövlət büdcəsi hesabına tibbi sığorta təminatı nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Tibbi sığorta əməkdaşın xaricdə işlədiyi dövrü əhatə edir. Sığorta üzrə vəsait diplomatik nümayəndəliklərin xərclər smetasında nəzərdə tutulur. Sığorta proqramı diplomatik xidmət orqanlarının yerləşdiyi ərazidə tibbi xidmət əldə etmək imkanını təmin etməlidir. Bu məqsədlə müvafiq sığorta şirkəti ilə müqavilə bağlana bilər. Sığorta zərfinin həcmi Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilir. Beləliklə, xaricdə çalışan diplomatik xidmət əməkdaşlarının və onların ailələrinin tibbi xərclərinin qarşılanması üçün ayrıca maliyyə mexanizmi yaradılır.