Diplomatik xidmət əməkdaşı yaşayış sahəsinin icarə müqaviləsini şəxsən bağlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Müqavilə əməkdaşın ezam olunduğu ölkəyə gəldiyi tarixdən etibarən 15 gündən gec olmayaraq bağlanmalıdır.
Yeni fəaliyyətə başlayan diplomatik nümayəndəlikdə çalışan əməkdaş üçün isə bu müddət 30 gün müəyyən edilir.
Həmin müddətdə mehmanxanadan istifadə edildikdə, mehmanxana xərcləri müəyyən edilmiş normaları aşmamalıdır.
Bu xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə həmin ölkə üçün müəyyən edilmiş mehmanxana xərcləri normalarına uyğun olmalıdır.
Müəyyən edilmiş müddətdə icarə müqaviləsi bağlanmadıqda mehmanxana xərcləri əməkdaşın öz vəsaiti hesabına ödənilir.
Beləliklə, yaşayış sahəsinin vaxtında rəsmiləşdirilməsi əməkdaşın maliyyə maraqları baxımından da əhəmiyyət daşıyır.