Elektron pul təşkilatları qəbul etdikləri pul vəsaitlərinin təhlükəsizliyini qanunda nəzərdə tutulan üsullardan ən azı biri ilə təmin etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Vəsaitlər müəyyən hallarda Azərbaycan banklarında və ya xarici bankların yerli filiallarında bunun üçün açılmış ayrıca hesabda saxlanıla bilər.
Alternativ olaraq həmin vəsaitlərin Mərkəzi Bankın müəyyən etdiyi aşağı riskli likvid aktivlərə investisiya edilməsi mümkündür.
Digər üsul kimi müvafiq məbləğdə mülki məsuliyyət sığortasının və ya kredit təşkilatı və sığortaçı tərəfindən verilmiş zəmanətin təmin edilməsi nəzərdə tutulur.
Bu tələblər istifadəçilərin ödəniş əməliyyatları üçün təqdim etdiyi vəsaitlərin qorunmasına yönəlib.
