Ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən təqdim olunan müəyyən xidmətlər ödəniş xidməti hesab edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu xidmətlər köçürmə prosesinin hər hansı mərhələsində köçürülən vəsaitlərə sahiblik etmədən göstərilməlidir.
Məlumatların emalı və saxlanması, autentifikasiya və təhlükəsizliyin təmin edilməsi belə xidmətlərə daxildir.
İnformasiya texnologiyaları, rabitə şəbəkəsi və texniki cihazların təchizatı və dəstəklənməsi də bu kateqoriyaya aid edilir.
Qanunda belə texniki xidmətlərin ödəniş xidməti hesab edilməməsi üçün onların müəyyən edilmiş şərtlərə uyğun göstərilməsi tələb olunur.
