Azərbaycan və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin gəlirdən çıxılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Eyni qayda gəlirdən hesablanan digər vergilərə də şamil olunur.
Bununla yanaşı, qanunvericiliklə müəyyən edilmiş faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr də gəlirdən çıxıla bilməz.
Lakin gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu və analoji ödənişlər bu məhdudiyyətdən istisnadır.
