Yığım həyat SIĞORTASI

02 Oktyabr 2026, 01:12

Həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi həmin fərq kimi əldə olunan gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulur.
Söhbət sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən gedir.
Beləliklə, yığım həyat sığortası üzrə formalaşan müəyyən gəlir növü ödəmə mənbəyində vergiyə cəlb edilir.