İdman mərc oyunlarından, lotereyalardan və digər yarış və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar üzrə ödəmə mənbəyində vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi iştirakla bağlı ödənilən pul vəsaiti, yəni pul qoyuluşu çıxıldıqdan sonra qalan məbləğə tətbiq edilir.
Verginin dərəcəsi Vergi Məcəlləsinin 101.5-ci maddəsinə uyğun müəyyən olunur.
Bu qayda müvafiq uduşların ödənilməsi zamanı verginin mənbədə tutulmasını nəzərdə tutur.
