Tikintisi həyata keçirilən hər bir bina üzrə faktiki çəkilən xərclər həmin bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Faktiki xərclərin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirildikdən sonra təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri həmin nisbətdə vergi tutulan gəlirlərə aid edilir.
Faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid olunur.
Bu qayda uzunmüddətli müqavilələr üzrə gəlir və xərclərin müvafiq hesabat illərinə bölüşdürülməsini təmin edir.
