Hesablama metodu ilə uçot aparılarkən əqdlə bağlı xərcin çəkildiyi vaxt bir sıra şərtlərin hamısının yerinə yetirildiyi vaxt hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəyicisi maliyyə öhdəliyini birmənalı qəbul etməli və həmin öhdəliyin məbləği dəqiq qiymətləndirilməlidir.
Bundan başqa, əqddə və ya müqavilədə iştirak edən tərəflər öz öhdəliklərini yerinə yetirməli və ya müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.
Bu şərtlər birlikdə təmin edildikdə xərc vergi uçotunda nəzərə alınır.
