Dövlət onkoloji xəstəliklərin azaldılması üzrə məqsədli dövlət proqramlarının qəbul edilməsinə və həyata keçirilməsinə təminat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Dövlət həmçinin onkoloji xəstələrə göstəriləcək tibbi yardımın həcminin və beynəlxalq tələblərə uyğun keyfiyyət standartlarının təsdiqini təmin edir.
Bununla yanaşı, onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin yaradılması nəzərdə tutulur.
Dövlət onkoloji xidmət strukturlarının maddi-texniki bazasının gücləndirilməsini də təmin etməlidir.
