Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Özəl tibb müəssisələrində onkoloji xəstələrin müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” qanunun müvafiq maddəsinə uyğun həyata keçirilir.
Onkoloji yardım üzrə tədbirlər bələdiyyələrin vəsaitləri hesabına da maliyyələşdirilə bilər.
Bu tədbirlər xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta, ianələr və qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.
