Ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş sərəncamı ilə bağlı öhdəlikləri barədə istifadəçiyə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Ödəniş əməliyyatının məbləğinin geri ödənilməsi qaydası da müqavilə bağlanmazdan əvvəl açıqlanmalıdır.
Bundan başqa, ehtimal olunan və ya baş verən fırıldaqçılıq hadisələri zamanı məlumatlandırma prosedurları müəyyən edilməlidir.
Təhlükəsizlik təhdidləri yarandıqda istifadəçinin təhlükəsiz formada məlumatlandırılması qaydası da təqdim olunmalıdır.
Bu tələblər ödəniş xidmətlərindən istifadə zamanı yarana biləcək risklər barədə istifadəçinin əvvəlcədən məlumatlandırılmasını təmin edir.