Ödəniş xidməti təchizatçısı müqavilə şərtlərində ediləcək dəyişikliklər barədə istifadəçini əvvəlcədən məlumatlandırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Məlumat dəyişikliklərin tətbiq ediləcəyi tarixdən azı 30 gün əvvəl təqdim edilməlidir.
İstifadəçi həmin müddətdə dəyişikliklərə etiraz etmədikdə, onlar qəbul edilmiş hesab olunur.
Bu qayda istifadəçiyə müqavilə şərtlərindəki yeniliklərlə tanış olmaq və mövqeyini bildirmək imkanı verir.
Beləliklə, müqavilə şərtlərinin birtərəfli dəyişdirilməsi zamanı əvvəlcədən məlumatlandırma müddəti müəyyənləşdirilir.