Vasitəçi göstərdiyi xidmətlərlə əlaqədar ödəniş xidməti istifadəçilərinin vəsaitlərini saxlaya bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Vasitəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalı və ötürülən məlumatların təhlükəsizliyini təmin etməlidir.
Vasitəçilik zamanı əldə edilən istifadəçi məlumatlarının vəsait alana verilməsi yalnız istifadəçinin razılığı ilə mümkündür.
Vasitəçi hər bir əməliyyat zamanı özünü hesaba xidmət göstərən təchizatçı qarşısında eyniləşdirməlidir.
Bütün tərəflərlə əlaqə təhlükəsizlik tələblərinə uyğun olaraq təhlükəsiz şəbəkə kanalları vasitəsilə həyata keçirilməlidir.
