Ödəniş əməliyyatı vasitəçi tərəfindən başladıldıqda da avtorizə edilməmiş əməliyyatlarla bağlı bildiriş qaydaları tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Belə əməliyyat üzrə vəsaiti ödəyiciyə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı qaytarmalıdır.
Geri qaytarma qanunda müəyyən edilmiş qaydada həyata keçirilir.
Əməliyyatın vasitəçinin təqsiri üzündən baş verdiyi müəyyən edilərsə, vasitəçi təchizatçının çəkdiyi xərcləri kompensasiya etməlidir.
Bu qayda istifadəçinin hüquqlarının vasitəçi tərəfindən başlanılan əməliyyatlarda da qorunmasını təmin edir.